Mehriban Heyacan Sözləri

Mehriban Heyacan Sözləri

Mənə verdin həyəcan sənə qurbandı bu can
Məni etmə yarı can oyna ay sevgili can
Yaxşı ki sən varsan ay səni yanmıyasan
Sən mənim tayımsan bu dünyada payımsan

Dünya boyu bu sevgi getmiyəcək aradan
Səni mənə yaradıb səni mənə yaradan
Qəlbimin arzuların bir eşqinnən dəyişdim
Sən mənə yar olanda hamısına yetişdim

Mənə verdin həyəcan sənə qurbandı bu can
Məni etmə yarı can oyna ay sevgili can
Mənə verdin həyəcan sənə qurbandı bu can
Məni etmə yarı can getmə ay sevgili can

Mənən utanma yarım ürəyinin sözün de
Hər dəfə gözlərin də bir dəfə də özün de
Gözəl baxışlarındı məndən alan qəlbimi
Eşq dolu sözlərindi unutduran dərdimi