Aysun İsmayilova Xezine Sözləri
Söz/Musiqi : Miro
Danışıb xeyli susub, sonra gedirsən fikirə,
Oxunur dərdlərimiz gözlərimizdən çəkilən,
Bu qədər sadə deyil, yazılan hekayəmiz,
Ayrılıq qırıntılarıdır, sözlərindən tökülən
Nə olar getmə dayan, bu ayrılığa vermə izin,
Həm yaxşı,həm də pisi, sevginin hər dərdi bizim
Düşünmə boş yaşıyıb görməmişəm kor olmuşam
Görürəm sevgimizə mane olan fərqimizi
Mən bir ağac səhrada, ən nəmli yerindən quruyan
Nə gücüm yoxdu, nə can səni bəlalardan qoruyam,
Sən bir dəniz, mən batağam kirlənər dalğaların,
Sən xəzinəsən saraya, mən Allahın quluyam