Xumar Qədimova Ayrıldıq Sözləri
Söz: Molla Pənah Vaqif
Musiqi: Xumar Qədimova
Xeyli vaxtdır ayrılmışıq yar ilən,
Gördük, amma tanışmadıq, ayrıldıq.
Qaldı canda gizli-gizli dərdimiz,
Bircə kəlmə danışmadıq, ayrıldıq.
Qərib-qərib durduq biganələr tək,
Soyuq-soyuq baxdıq divanələr tek.
Dönmədik başına pərvanələr tək,
Eşq oduna yanışmadıq, ayrıldıq.
Yarım saat bir arada qalmadıq,
Еşq atəşin canımıza salmadıq.
Yalvarıban yarın könlün almadıq,
Еlə gеtdi, barışmadıq, ayrıldıq!