Serxan Imamov Kas Olaydin Sözləri
Söz: Sərxan İmamov
Musiqi: Ehsan Daryadel
Qəlbim niyə susqunsan axı qəlbim,
Səni susturdu hansı dərdim,
Sənə öz sevgimi göstərdim,
Mənə sevgim zəhər oldu.
Dərdim məni candan doyuran dərdim,
Sənə öz ruhumu göstərdim,
Səni dünya qədər istərdim,
Niyə dünyamı yıxırsan.
Kaş olaydın mənə yoldaş,
Yetər artıq gözümdə yaş,
Bədənivin ətrini ömrüm,
Ala bilsəm bir dəfə kaş.
Yaşadım ömrümü məyus,
Budur ən qorxulu kabus,
Öz uşaqlıq sevgimi mən,
Uşaqıynan görürəm sus.
Sevmək səni sən olmadan da sevmək,
Səni təsvir edib sevinmək,
Gülüşünü xəyal edib gülmək,
Məni xoşbəxt eliyərmiş.
Getmək sənə heç yaraşmadı getmək,
Yaralanmış canı incitmək,
Mənə ən pis olanı etmək,
Sənə asandı əzizim.
Kaş olaydın mənə yoldaş,
Yetər artıq gözümdə yaş,
Bədənivin ətrini ömrüm,
Ala bilsəm bir dəfə kaş.
Yaşadım ömrümü məyus,
Budur ən qorxulu kabus,
Öz uşaqlıq sevgimi mən,
Uşaqıynan görürəm sus..